Deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlandı


  • 19 İyul 2024 16:46

İndiyədək 806 nəfərin deputatlığa namizədliyi irəli sürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, deputatlığa namizədliyi irəli sürülən 806 nəfərdən 532 nəfərin namizədliyi təsdiqlənib, onlardan 451 nəfərə imza vərəqi verilib.

31 nəfər imza vərəqələrinin doldurulmasını təmin edərək namzidəliyinin qeydə alınması üçün seçki komissiyalarına təqdim edib. 4 nəfərin namizədliyi qeydə alınıb.

Oxşar xəbərlər