Məzmuna keç

“Lerikdə tövlə tikmək istəyən gəlib Bakıda icazə almalı olur”

"Lerikdə tövlə tikmək istəyən gəlib Bakıda icazə almalı olur".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.

"Dünya təcrübəsində tikintiyə icazə məsələsinə bələdiyyələr baxır. Bizdə də bələdiyyələr bu istiqamətdə təşəbbüskar olmalıdır. Bələdiyyələrin tikintiyə icazə vermək kimi səlahiyyəti olmalıdır. Təəssüf ki, Azərbaycanda bələdiyyələr ciddi fəaliyyətlə məşğul deyil. Düşünürəm ki, aidiyyatı qurumlar bu məsələ ilə bağlı addım atmalıdır", – deyə deputat qeyd edib.

Şəbnəm Mehdizadə