Məzmuna keç

“Bələdiyyə Məcəlləsinin hazırlanması sürətlənməlidir”

"Bir neçə kənd, qəsəbə və şəhər bələdiyyələrinin timsalında pilot layihə icra edilməlidir".

E-huquq.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.

"Pilot layihə əsasında biz baxıb görməliyik ki, lazımi şərait olduğu təqdirdə bələdiyyələr öz problemlərini həll etməkdə nəyə qadirdir. Hesab edirəm ki, bu istiqamətdə həmçinin Bələdiyyə Məcəlləsinin yaradılması işi sürətlənməlidir", – deputat bildirib.

Şəbnəm Mehdizadə