Məzmuna keç

Nazirlik 78 min manatlıq sifariş verdi

Müdafiə Sənayesi Nazirliyinin nəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Toyota Bakı Mərkəzi" MMC olub.

Məlumata görə, qalib şirkətə 78 min manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə