Məzmuna keç

Zaqatala Dövlət Qoruğu internet xidmətinə nə qədər vəsait xərcləyəcək?

Zaqatala Dövlət Qoruğunun internet xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi Aztelekom MMC olub.

Məlumata görə, qalib şirkətə 432 manat vəsait xərclənəcək.

Şəbnəm Mehdizadə