Məzmuna keç

Abşeron Rayon İcra Hakimiyyəti 29 min manatlıq sifariş verdi

Abşeron Rayon İcra Hakimiyyətinin xidməti minik avtomobilləri üçün Aİ 95 markalı yanacaqın satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi Azpetrol LTD MMC olub.

Məlumata görə, qalib şirkətə 28.591 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə