Məzmuna keç

Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir – YENİLƏNDİ

Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir - YENİLƏNİR

Bu gün ölkədə aşkarlanan ilk koronavirus xəstəsi 1997-ci il təvəlüdlü Rusiya vətəndaşıdır.

E-huquq.az-ın məlumatın görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Onun sözlərinə görə, xəstə sərhəddi keçərkən məlumat verib: "Xəstə dərhal nəzarətə götürülüb. Hazırda karantibdə saxlanılır. Vəziyyəti stabildir, ağırlaşma yoxdur. Artıq xəstədən müavinələr olunub. Analizlər götürülüb. Həmin xəstə xüsusi boks şəraitində saxlanılır".

O bildirib ki, birinci yoxlanış mərhələsində şübhə aşkarlandıqda, xəstə ikinci mərhələdə yoxlanışa göndərilir: "İkinci mərhələdə də şübhə yarandıqda, karantinə alınır. İşçi qrupuna xüsusi qoruyucu vasitələr paylanılıb.Üç karantin xəstəxanamız var. Bunlar Qobustanda, Astara və Cəlilabadda yerləşir".

Yaqut Qarayeva bildirib ki, tibbi işçi qrupu xəstə ilə ünsiyyətdə olan hər kəsi aşkarlayıb, karantinə alınıb. Xəstə sərhəddi keçdikdən sonra ciddi rejimdə nəzarətə alınıb.

***

17:07

Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir.

E-huquq.az-ın məlumatına görə, qərargah koronavirusla bağlı jurnalistlərin suallarını cavablayır.

Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD – 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.