Məzmuna keç

Taksi ilə avtomobil toqquşdu, 7 nəfər yaralandı

Türkiyənin Bursa şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bursanın Muradiye bölgəsində taksi ilə minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

Qəza yerinə polis, sağlamlıq və xilasetmə qrupları cəlb edilib.

Yaralılar təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə