Məzmuna keç

“ABŞ Rusiya ilə Ukrayna arasında fikir ayrılıqlarının aradan qaldırılması yollarını müəyyən edib” – Kușner

ABŞ Rusiya və Ukrayna arasında mövcud fikir ayrılıqlarının azaldılması və danışıqlarda irəliləyiş əldə olunması üçün mümkün yollar müəyyən edib.

E-huquq.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Əbu-Dabidə bildirib.

“Düşünürəm ki, biz həqiqətən də irəliləyiş əldə etməyin mümkün olduğu məsələlər üzrə fikir ayrılıqlarını müəyyənləşdirib azaltmağa nail olmuşuq. Onları aradan qaldırmaq üçün yaxşı ideyalarımız var”, – Kuşner qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton tərəflər arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində işləyir.