Almaniya Qaz Anbarları Təşəbbüsü (INES) ölkənin qaz anbarlarının doluluq səviyyəsinin 61 faizə düşdüyünü açıqlayaraq qarşıdan gələn qışda kəskin soyuqların qaz qıtlığına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
E-huquq.az KİV-ə istinadən xəbər verir ki, təşkilatın proqnozlarına görə, qışın sərt keçəcəyi təqdirdə 2027-ci ilin yanvar-mart aylarında aylıq 6,6 teravatsaata qədər qaz çatışmazlığı yarana bilər.
INES qaz ehtiyatlarının artırılması üçün maliyyə təşviqlərinin tətbiqini, anbarların doldurulmasının qanunla məcburi edilməsini və ya dövlət nəzarətində strateji qaz ehtiyatının yaradılmasını təklif edib.
Bununla yanaşı, Almaniyanın Federal Şəbəkə Agentliyi əlavə qaz idxalı imkanlarını əsas gətirərək ölkədə ciddi qaz təchizatı problemi yaranması riskini hazırda aşağı qiymətləndirir.
Şəbnəm Mehdizadə
