Məzmuna keç

İki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb

Türkiyədə ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankara-Niğde yolunda iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

Qəza yerinə təcili yardım, jandarma, xilasetmə qrupları cəlb edilib.

Ağır yaralanan 1 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Bir müddət tək zolaqda təmin edilən Ankara istiqamətində magistral yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Hadisə ilə bağl araşdırma aparılır.

Şəbnəm Mehdizadə