Məzmuna keç

Hindistan XİN Pakistanı hədələdi

"Hindistan Pakistanla münaqişəni genişləndirmək niyyətində deyil, lakin İslamabad hərbi hücuma keçərsə, sərt cavab verəcilək".

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin rəhbəri Subrahmanyam Caişankar deyib.

"Aprelin 22-də Cammu və Kəşmir ərazisindəki Pahalqamda dinc sakinlərə qarşı törədilən terror aktı Hindistanı mayın 7-də transsərhəd terror infrastrukturunu hədəf alaraq cavab verməyə məcbur etdi. Bizim cavabımız məqsədyönlü və balanslı olub", – deyə o bildirib.

Humay Eminqızı