- 19 Oktyabr 20:07
Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyası oktyabrın 21-də TRIPP (Tramp Marşrutu) layihəsi üzrə ABŞ ilə strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası layihəsini müzakirə edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Komissiyada müzakirə edildikdən sonra sənədə parlamentin oktyabrın 27-də keçiriləcək plenar iclasda baxılacaq.
Parlament komissiyasında layihə üzrə əsas məruzəçi qismində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcək.