22.10.2026
SEPAH Fars körfəzində dörd gəmiyə zərbə endirildiyini bəyan edib
Dünya

SEPAH Fars körfəzində dörd gəmiyə zərbə endirildiyini bəyan edib

Okt 22, 2026

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Fars körfəzində dörd gəmiyə zərbələr endirildiyini bəyan edib.

E-huquq.az “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.

İran tərəfinin iddialarına görə, zərbələrdən sonra gəmilərdə yanğınlar baş verib. SEPAH həmçinin Hörmüz boğazının qərbində daha üç gəminin minaya düşdüyünü bildirib.

Bəyanatda ABŞ Silahlı Qüvvələri tərəfindən gələcək eskalasiyanın regiondakı ABŞ bazalarına birbaşa zərbələrlə nəticələnə biləcəyi barədə xəbərdarlıq yer alıb.