İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda xəstaxanalara 87 ölü, 290 yaralı gətirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 3 427 fələstinli həyatını itirib, 9 647 fələstinli isə yaralanıb.
Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 53 573-ə, yaralıların sayı isə 121 688 – ə çatıb.
Humay Eminqızı
