Məzmuna keç

Şadlıq sarayında bədbəxt hadisə: ölən və yaralı var

Türkiyənin İzmir şəhərində şadlıq sarayında bədbəxt hadisə baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İzmirin Menemen rayonunda şadlıq sarayında dekorativ beton tağın uçub.

Hadisə zamanı 2 nəfər dağıntılar altında qalıb.

Ünvana dərhal tibb, jandarma və xilasetmə qrupları göndərilib.

Yaralılar xilasedicilərin köməkliyi ilə sıxışdığı yerdən çıxarılaraq Menemen Dövlət Xəstəxanasına aparılıb.

Onlardan birinin xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı bir nəfər saxlanılıb.

Şəbnəm Mehdizadə