ABŞ-nin Nyu-York şəhərində gəmidə partlayış baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər veri ki, Hudson çayında çirkab suları daşıyan “Hunts Point” adlı gəmi partlayıb.
Hadisə Şimal çayının tullantı sularının təmizlənməsi sahəsinin yaxınlığında baş verib. Partlayış nəticəsində üç nəfər yaralanıb.
Mövzu ilə bağlı açıqlama verən Nyu York Bələdiyyə sədri Erik Adams partlayışın səbəbinin müəyyən edilməsi üçün araşdırmaya başlanıldığını bildirib.
Nyu York Polis Departamentinin məlumatına görə, hadisədən sonra 59 yaşlı kişi suda huşsuz vəziyyətdə tapılıb. Kişinin hadisə yerində öldüyü müəyyən edilib. Bildirilib ki, mərhum uzun müddətdir ki, şəhərin ətraf mühitin mühafizəsi idarəsində işləyirmiş.
Partlayış nəticəsində kanalizasiya tullantıları qayığın göyərtəsinə yayılıb.
Şəbnəm Mehdizadə
