Türkiyənin Adana şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Adananın Yüreğir rayonunda bulvar yolunda hərəkət edən minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaclara çırpılıb.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.
Qəzanın baş verdiyi yol bir müddət sonra nəqliyyatın hərəkətinə açılıb.
Şəbnəm Mehdizadə
