Məzmuna keç

Hindistan sahillərində gəminin batması təhlükəyə səbəb olub

Hindistanın Kerala ştatı sahillərində yük gəmisinin batmasından sonra kimyəvi sızma barədə xəbərdarlıq edilib.

E-huquq.az xarici KİVə istinadən xəbər verir ki, Kerala əyaləti Baş Nazirlliyindən verilən açıqlamada gəmidə 13-ü "müəyyən edilməmiş təhlükəli yük" kateqoriyasında olan 640 konteynerin, eləcə də tonlarla neft və yağın olduğunu bildirilib. İnsanlardan sahilə vurmağa başlayan bəzi konteynerlərdən uzaq durmaq barədə çağırış edilib.

Hindistan Müdafiə Nazirliyi məsələ ilə bağlı verdiyi açıqlamada Kerala əyalətinin təxminən 38 dəniz mili yaxınlığında batan Liberiya bayraqlı MSC ELSA 3 gəmisinin 24 ekipaj üzvünün hamısının xilas edildiyini bildirib.

Digər tərəfdən Hindistan Sahil Mühafizəsi neft dağılmalarını aşkar edən sistemlə təchiz edilmiş bir təyyarənin ərazini araşdırmaq üçün göndərildiyini açıqlayıb.

Şəbnəm Mehdizadə