Məzmuna keç

Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu

Mayın 27-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.