Məzmuna keç

Andranik Tevanyan: Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir

"Nikol Paşinyanın Türkiyə və Azərbaycanı Qurban bayramı münasibətilə təbrik etməsi nədənsə çoxlarını təəccübləndirir və ya qəzəbləndirir. Əslində bu gözlənilən idi".

E-huquq.az xəbər verir ki, bunu “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

"Nikol Paşinyan hakimiyyətdə qalmasına görə, Azərbaycan və Türkiyə liderlərinə borcludur. O, 3-cü müddətə seçiləcəyinə ümid edir. O, vəzifədə qalmaq üçün Ermənistanı da satmağa hazırdır" – deyə, hərəkat rəhbəri bildirib.