Məzmuna keç

Ali Məhkəmə Plenumunun qüvvədən düşmüş qərarları – SİYAHI

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı var. 

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı var.

E-huquq.az-ın məlumatına görə, sədr Ramiz Rzayevin imzaladığı qərara əsasən, Ali Məhkəmə Plenumunun aşağıdakı qərarları qüvvədən düşmüş hesab edilib:

1. “Vətəndaşların məhkəmə işləri üzrə ərizə və şikayətlərinə baxılmasının yaxşılaşdırılması tədbirləri haqqında” 12 noyabr 1991-ci il tarixli Qərar;

2. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 16 oktyabr 1992-ci il tarixli Qərar;

3. “Əmək müqaviləsinin bağlanmasının dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” 03 may 1993-cü il tarixli Qərar;

4. “Azərbaycan Respublikası hakimlərinin əxlaq kodeksinin təsdiq edilməsinə dair” 12 dekabr 2002-ci i tarixli Qərar;

5. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 2003-cü il 14 fevral tarixli 2 saylı Qərar;

6. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 2003-cü il 25 mart tarixli 3 saylı Qərar;

7. “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli Qərar.