Bakı Ağır Cinayətlər Məhkəməsində bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilən Samir Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bu barədə e-huquq.az-a vəkil Vasif İsrafilov məlumat verib. O deyib ki məhkəmə hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlib və ona ittiham elan olunmuş 4 maddə üzrə bəraət verilib. S. Quliyev məhkəmə iclas zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Samir Quliyev Binəqədi bələdiyyəsinin sədrinin müavini olub. Bu iş üzrə ümumi 27 nəfər zərərçəkmiş şəxs var. Samir Quliyevə qarşı Cinayət Məcəlləsinin dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə təqsirləndirlən digər şəxs Elmira Şirinova isə vəfat etdiyi üçün onun barəsinə başlanmış cinayət işinə xitam verilib.
