Məzmuna keç

Ali Məhkəmə koronavirusla bağlı vətəndaşlara müraciət etdi

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq vətəndaşlardan aşağıdakılar xahiş olunur:

Ali Məhkəmə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq vətəndaşlara müraciət edib.

E-huquq.az-ın məlumatıba görə, müraciətdə vətəndaşlardan aşağıdakılar xahiş olunur:

– vətəndaşların Ali Məhkəməyə ünvanladığı yazılı müraciətləri poçt və ya [email protected]e-poçt vasitəsilə göndərmələri, habelə www.supremecourt.gov.az saytından onlayn müraciət etmələri;

– vəkillərin kassasiya, əlavə kassasiya şikayətləri və digər prosessual müraciətləri poçt vasitəsilə göndərmələri;

– yazılı müraciətlərin məktublar qutusuna atılması;

Qeyd: Vətəndaşlar müraciətlərinin operativ araşdırılması, yaranan sualların cavablandırılması və qəbul ilə əlaqədar Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin işçiləri ilə əlaqə saxlaya bilərlər.

Tel.: 4890707 (daxili nömrələr: 18115, 18102, 18112, 18104)