Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıya səfərə gələn Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alini qarşılayıb.
E-huquq.az xəbər verir ki, bu barədə XİN "X" hesabında paylaşım edib.
Qeyd edilib ki, nazirlər arasında təkbətək görüş keçirilir. İkitərəfli münasibətlər, regional proseslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılır.
