Dost Somali ilə əlaqələrin intensiv şəkildə inkişaf etdirilməsindən məmnunuq. Uzun illərdir beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan ilə Somali arasında qarşılıqlı maraqların təmin edilməsi istiqamətində müsbət əlaqələrimiz var.
E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 24-də Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali ilə keçirdiyi birgə mətbuat konfransı zamanı söyləyib.
Nazir bildirib ki, Somali ilə BMT, Qoşulmama Hərəkatı və İƏT-də əməkdaşlıq həyata keçiririk. Bu və son vaxtlar yüksəksəviyyəli səfərlər, həmçinin imzalanmış sazişlər ölkələrimiz arasında tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərir.
