Məzmuna keç

Azərbaycanda vətəndaşlar məhkəməyə maskasız buraxılmır? – AÇIQLAMA

Bakı Ağır Cinayətlər Məhkəməsində qoruyucu maskalardan istifadənin məcburi olması ilə bağlı məsələyə aydınlıq gətirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində qoruyucu maskalardan istifadənin məcburi olması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Məhkəmənin sədr müavini, hakim Əfqan Hacıyev e-huquq.az-a açıqlamasında deyib ki, koronavirusa görə tibbi maskalardan istifadə məcburi deyil:

“Bununla bağlı hər hansı göstəriş verilməyib. Sadəcə, biz belə qərara gəlmişik ki, vətəndaşlara maskadan istifadə məsləhət görülsün. Yəni bu, yalnız tövsiyə xarakterlidir. Maska taxmayan şəxslər də prosesdə iştirak edə bilərlər”.

Ə.Hacıyev onu da qeyd edib ki, məhkəmə temperaturu ölçən cihazla da təchiz edilib.