Məzmuna keç

İlham Əliyev Rumıniyanın Prezidentinə başsağlığı məktubu ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Nikuşor Dana başsağlığı məktubu ünvanlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

"Rumıniyanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi İon İliyeskunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

İon İliyesku Azərbaycan Respublikası ilə Rumıniya arasında əlaqələrin təşəkkülünə və inkişafına, dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə böyük töhfə vermişdir. O, dəfələrlə Azərbaycana səfər etmişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Rumıniya xalqına dərin hüznlə başsağlığı verirəm", – məktubda qeyd olunub.