Məzmuna keç

Mersində meşə yanğını başlayıb

Türkiyənin Mersin şəhərinin Bozyazı rayonunda meşəlik ərazidə yanğın baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bölgəyə yanğınsöndürənlər, jandarma qrupları, vertolyot və su maşını cəlb edilib.

Yanğının nəzarət altına alınması üçün havadan və qurudan müdaxilələr davam edir.

Humay Eminqızı