ABŞ-də sərnişin təyyarəsi havaya qalxarkən başqa bir təyyarə ilə toqquşub.
E-huquq.az xarivi KİV-ə istinadən xəbər verib ki, aviainsident bazar günü, avqustun 10-u səhər saatlarında Atlantada baş verib.
“Delta Air Lines” aviaşirkətinə məxsus, 192 sərnişin və 6 ekipaj üzvünün olduğu təyyarə Qvatemalaya yollanarkən havaya qalxış zamanı qanadı ilə digər boş təyyarəyə dəyib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Toqquşma reysin gecikməsi və sərnişinlərin başqa təyyarəyə köçürülməsi ilə nəticələnib.
Humay Eminqızı
