Çin Sahil Mühafizəsinə və Çin Ordusuna məxsus iki hərbi gəmi Cənubi Çin dənizində toqquşub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin Çin Sahil Mühafizəsinə məxsus “3104” nömrəli gəminin qəfil manevri nəticəsində baş verdiyi qeyd olunub. Bu manevr zamanı gəmi, Çin Xalq Azadlıq Ordusuna məxsus “164” nömrəli gəmi ilə toqquşub və zərər görüb.
Toqquşmadan sonra Filippin Sahil Mühafizəsi zərər görmüş Çin gəmisinə tibbi yardım və xilasetmə dəstəyi təklif edib. Hadisə ilə bağlı Çin tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Şəbnəm Mehdizadə
