Məzmuna keç

İsrailin Qəzzaya hücumlarında daha 18 fələstinli həlak olub

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağında müxtəlif bölgələrə endirdiyi hava və quru hücumları nəticəsində 18 fələstinli həyatını itirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumlar Rəfah, Xan Yunis, Qəzza şəhəri və Deyr əl-Bəlah da daxil olmaqla bir neçə ərazidə həyata keçirilib.

Həlak olanlar arasında humanitar yardım gözləyən mülki şəxslər də var.

Humay Eminqızı