ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, onun administrasiyası Venesueladan narkotik qaçaqmalçılığını dayandırmaq üçün bütün lazımi vasitələrdən istifadə etmək niyyətindədir.
E-huquq.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
Ağ Ev rəsmisi bildirib: “Prezident Tramp Venesuela ilə bağlı çox aydın və ardıcıl çıxış edib. O, ölkəmizə narkotik axınını dayandırmaq və günahkarları məsuliyyətə cəlb etmək üçün ABŞ-nin sərəncamında olan bütün vasitələrdən istifadə etməyə hazırdır. Administrasiyamızın fikrincə, Nikolas Maduro qanuni prezident deyil. O, ABŞ-də narkotik qaçaqmalçılığına görə ittiham olunan kartelin qaçaq lideridir”.
