Məzmuna keç

Balıkesirdə 4,3 bal gücündə zəlzələ baş verib

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,3 maqnitudalı zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 01:10-da baş verib.

Zəlzələnin 4,54 kilometr dərinlikdə meydana gəldiyi bildirilib.

Hazırda zəlzələ ilə bağlı hər hansı dağıntı və ya tələfat barədə məlumat verilməyib.

Rəsmi qurumlar hadisəni nəzarətdə saxlayır.

Şəbnəm Mehdizadə