“Ermənistan öz qarşısına Azərbaycanla arasında etimadı damla-damla yaratmaq vəzifəsini qoyub”.
E-huquq.az xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan deyib.
Baş nazir iki ölkə arasında etimadın yaradılmasının diplomatiyanın vəzifəsi olduğunu bildirib.
“Etimad olarsa, sülh müqaviləsinə ehtiyac özü-özünə aradan qalxacaq”, – Paşinyan qeyd edib.
