Məzmuna keç

Polşada F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Polşaya məxsus F-16 qırıcı təyyarəsi həftəsonu keçirilməsi planlaşdırılan beynəlxalq hava şousuna hazırlıq zamanı qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Polşanın “PAP” xəbər agentliyi məlumat yayıb.

Hökumət sözçüsü Adam Szlapkanın sözlərinə görə, qəza nəticəsində pilot həyatını itirib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Humay Eminqızı