Məzmuna keç

Odessada güclü yağış 9 nəfərin ölümünə səbəb olub

Ukraynanın Odessa şəhərində baş verən güclü yağış nəticəsində 9 nəfər həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, yağışlar zamanı zirzəmidə yaşayan bir ailənin 5 üzvünün cəsədi aşkar edilib.

Ailə zirzəmidə yaşadığına görə evdən çıxa bilməyiblər.

Digər bölgələrdə isə dörd nəfərin meyiti aşkarlanıb.

Onlarla minik avtomobili və sərnişin avtobusundan insanlar xilas edilib.

Humay Eminqızı