Məzmuna keç

Zelenski Avropa liderləri ilə görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Avropa İttifaqı liderləri ilə görüşmək üçün Kopenhagenə gedəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen məlumat verib.

Bildirilib ki, Zelenski 50-yə yaxın dövlət və hökumət başçısı, həmçinin Aİ liderlərinin qatılacağı Avropa Siyasi Birliyinə müraciət edəcək.

Bundan əlavə, Zelenski Frederiksenlə ayrıca mətbuat konfransı keçirəcək.

Humay Eminqızı