Məzmuna keç

Çilidə 5,7 bal gücündə zəlzələ olub

Çilidə 5,7 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Kokimbo şəhərindən 81 kilometr cənubda yerləşib.

Təkanlar yerin 14 kilometr dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə hələlik məlumat verilməyib.

Humay Eminqızı