Məzmuna keç

Türkiyədə ər və arvad dəhşətli yol qəzasında öldü

Türkiyənin Bartın şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bartından Karabük istiqamətində hərəkət edən yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində ər-arvad həyatını itirib, 1 nəfər isə yaralanıb.

Hadisə yerinə tibb və xilasetmə briqadaları göndərilib.

Yaralı Bartın Dövlət Xəstəxanasına aparılıb.

Qəza səbəbindən ərazidə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Humay Eminqızı