Məzmuna keç

Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib –

Pakistan silahlı qüvvələri Əfqanıstanla sərhəddə İslam Respublikasında hücumlar həyata keçirən terror qruplaşmalarına dəstək verən 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən Geo telekanalı məlumat yayıb.

Məlumata görə, bazar günü Əfqanıstan silahlı qüvvələrinin Əfqanıstanla həmsərhəd rayonlarda bir neçə nəzarət-buraxılış məntəqəsini atəşə tutmasından sonra Pakistan ordusu cavab zərbəsi endirib və nəticədə bir neçə keçid məntəqəsi məhv edilib, 19 keçid məntəqəsi isə ələ keçirilib.

***

2025.10.11 – 23:15

Əfqanıstanla Pakistanı ayıran Dürand xəttinin bir neçə sektorunda Pakistan əsgərləri ilə əfqan Taliban silahlıları arasında intensiv toqquşmalar davam edir.

E-huquq.az xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən “Tolo news” portalı məlumat yayıb.

Portalın məlumatına görə, şiddətli toqquşmalar Talibanın bir neçə istiqamətdən Pakistan ordusunun sərhəd postlarına hücumundan sonra başlayıb.

Hər iki tərəf artilleriyadan istifadə edir, hərbi mövqeləri atəşə tutur.

Son məlumatlara görə, iki Pakistan əsgəri və beş Taliban silahlısı öldürülüb. Pakistan qırıcılarının da səmaya qaldırıldığı bildirilir.

Vəziyyət son dərəcə gərgin olaraq qalır.