Məzmuna keç

“Bəzi ölkələrdə hakimlərin təyin olunmasına siyasi nəzarət var”

“Nəzəriyyəyə görə, hakimiyyətin 3 qolu ahəngdar şəkildə fəaliyyət göstərməlidir. Amma bəzən ədalət mühakiməsi sistemindəki sabitlik pozulur”.

E-huquq.az xəbər verir ki, bunu Beynəlxalq Hakimlər Assosiasiyasının Vitse Prezidenti Walter Barone oktyabrın 14-də "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O təəssüflə qeyd edib ki, təcrübədə məhkəmə hakimiyyəti bəzən ən zəif halqaya çevrilir:

“Xüsusilə iqtisadiyyatı zəif olan ölkələrdə bu belədir. Bəzi ölkələrdə hətta hakimlərin təyin olunmasına siyasi nəzarət var. Bu mənada Beynəlxalq Hakimlər Assosiasiyası hakimlərin müstəqilliyinin təmin olunmasına əsas qarantdır”.

Şəbnəm Mehdizadə