Məzmuna keç

TƏBİB: Koronavirus xəstələrinin sayı artarsa, ev şəraitində müalicəyə keçə bilərik

TƏBİB: Koronavirus xəstələrinin sayı artarsa, ev şəraitində müalicəyə keçə bilərik

"Əgər ölkədə koronavirus xəstələrinin sayında ciddi artım olsa, pasiyentlər beynəlxalq təcrübəyə əsasən ev şəraitində müalicə oluna bilər".

E-huquq.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayevabrifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, istər Bakıda, istərsə də bölgələrdə karantin müəssisələri var: "Eyni zamanda yeni açılan klinika da koronavirus xəstələrinin yerləşdirilməsi üçün gözəl imkandır".