Məzmuna keç

Tramp Kanadaya qarşı ticarət rüsumlarının artırıldığını elan etdi

ABŞ Prezidenti Donald Tramp Kanadaya qarşı artıq qüvvədə olan tədbirlərə əlavə olaraq ticarət rüsumlarının 10 faiz artırıldığını bəyan edib.

E-huquq.az xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Tramp bu qərarı ABŞ-nin 40-cı prezidenti Ronald Reyqanın ticarət rüsumlarının mənfi nəticələrindən danışdığı reklam çarxı ilə aparılan "saxta kampaniya"ya cavab olaraq qəbul etdiyini bildirib.