Məzmuna keç

Fransada təxribat səbəbindən qatarların hərəkəti dayandırılıb

Fransada Lyon-Avignon yüksək sürətli qatar xidmətləri ləğv edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, buna siqnal kabellərində başlayan yanğın hadisəsi səbəb olub.

Yanğının qəsdən töərdildiyi və zərər çəkmiş kabellərin təmiri istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Cənub-Şərq xəttində işləyən, o cümlədən Parisə doğru hərəkət edən qatarlar yanğın səbəbindən əhəmiyyətli gecikmələrlə üzləşib.

Nəqliyyat naziri Philippe Tabarot hadisənin qəbuledilməz olduğunu bildirib.

Nazir təxribat aktını törədənlərin ciddi şəkildə cəzalandırılacağını vurğulayıb.

Şəbnəm Mehdizadə