Məzmuna keç

Türkiyədə 11 İŞİD terrorçusu saxlanlıb

Türkiyənin Şanlıurfa şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baş Prokurorluğun apardığı istintaq çərçivəsində 11 nəfər saxlanılıb.

Şübhəlilərin yaşadığı ünvanlarda aparılan axtarışlar zamanı külli miqdarda pul, qızıl və silah aşkar edilib.

Humay Eminqızı