Türkiyənin İstanbul şəhərində metrobus yanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ədirnəkapı dayanacağında Zincirlikuyu istiqamətində hərəkət edən metrobusun mühərrik bölməsində yanğın baş verib.
Sərnişinlər təxliyə edilib və yanğınsöndürənlər məlumat aldıqdan sonra hadisə yerinə göndərilib.
Yanğınsöndürənlər metrobus xidmətini müvəqqəti olaraq dayandıran yanğını söndürüblər.
Yanan metrobusun mühərriki yoldan evakuatorla çıxarıldıqdan sonra xidmətlər normal vəziyyətə qayıdıb.

Şəbnəm Mehdizadə
