Məzmuna keç

İzmirdə iki avtomobil toqquşub: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Türkiyənin İzmir şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmirin Kemalpaşa rayonunda iki avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Hadisə yerinə tibb, polis qrupları və yanğınsöndürənlər göndərilib.

Xəsarət alan şəxslər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitələrindən çıxarılıb.

Yaralılar təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Şəbnəm Mehdizadə