Türkiyənin Şırnak şəhərində mikroavtobusla yük maşını toqquşub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, qəza nəticəsində 19 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.
Yaralılar təcili yardım maşını ilə Şırnak Dövlət Xəstəxanasına çatdırılıb.
Yaralıların səhhətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə
