Məzmuna keç

Əfvə düşənlərdən 2 nəfəri ömürlük məhkumlardır

Əfvə düşənlərdən 2 nəfəri ömürlük məhkumlardır

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı 2 nəfər ömürlük məhkuma da şamil edilib.

E-huquq.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev deyib.

O deyib ki, həmin şəxslərdən biri 20 il, digəri isə 25 il cəza çəkib.

Ə.Nuriyev qeyd edib ki, bundan başqa, 2 nəfər də Nardaran hadisələrinə görə həbs olunan şəxs əfvə düşüb:

"25 nəfər isə nəqliyyat hadisələrinə görə azadlıqdan məhrum olunan şəxslərdir".

Mənbə: Report